NATO hərbi büdcəsini sürətlə artırır

11:27 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. Alyansa üzv ölkələr gələn il üçün mülki və hərbi büdcələrini razılaşdırdılar. Hərbi büdcə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına qədər sistematik olaraq artırdı, lakin keçən il əvvəllər görünməmiş bir məbləğə qədər — 25,8% artdı.

ABC.AZ xəbər verir ki, bu il üzv dövlətlər 2,03 milyard avro həcmində büdcə təyin ediblər (12% artım). Vəsaitlər bütün dünyada missiyalar və əməliyyatlar üçün nəzərdə tutulub.

Mülki büdcə, öz növbəsində, 438,1 milyon avro təşkil edib — bura heyət və əməliyyat xərcləri, habelə qərargahın ödənişi daxildir.