İran 32 ölkə ilə viza rejimini ləğv edib

16:06 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. Mədəni irs, əl işləri və turizm naziri İzetullah Zərqami paytaxt Tehranda keçirilən kabinet iclasından sonra turizmi canlandırmaq üçün bəzi ölkələrə vizaların birtərəfli qaydada ləğvi ilə bağlı hökumətə təklif verdiyini bildirib.

ABC.AZ-ın məlumatına görə, mövzu ilə bağlı mətbuata açıqlama verən nazir bildirib ki, artıq sözügedən təklif Nazirlər Şurası tərəfindən tədiqlənib. 

Hökumətin təklifi qəbul etdiyini və ölkənin qapılarını dünyaya açmağa qərar verdiyini ifadə edən Zərqami, bunun hökumətin verdiyi çox cəsarətli və tədbirli bir qərar olduğunu deyib.

İranlı nazir 32 ölkədən hansı üçün birtərəfli viza ləğvi qərarının verildiyini açıqlamayıb, lakin Tehran administrasiyası 2019-cu ilin iyun ayında Çinli turistlər üçün birtərəfli viza azadlığı tətbiq etmək qərarına gəlib.