15:04 - 13.12.2023
13 dekabr, Fineko/abc.az. Türkiyənin ilk yerli elektromobili “Togg”la bağlı yeni xəbər var.
ABC.AZ xəbər verir ki, “Togg”un cip modelindən sonra indi də sedan modeli istehsal olunacağı bildirilir.
Bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır açıqlayıb. Nazir yeni modelin 2024-cü ilin sonunda təqdim ediləcəyini, 2025-ci ildə isə istehsala başlanacağını bildirib.
Qeyd olunub ki, yenə 2025-ci ildə Türkiyənin milli elektromobilinin Avropaya ixracı başlayacaq.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026