İngiltərə meyvə və tərəvəz qıtlığı ilə üzləşə bilər

14:43 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. İngiltərə, Panama kanalındakı tıxac səbəbinən rekord quraqlıqla bağlı təzə qida məhsullarının çatışmazlığı və yüksək qiymətlərlə qarşılaşa bilər.

ABC.AZ xəbər verir ki, bu il Panama üçün ən quraq illərdən biri oldu. Buna görə daha öncə Kanal rəhbərliyi, gəmi çökməsini 50 ilə 43 fut arasında və kanalın tutumunu gündə 32 gəmiyə qədər məhdudlaşdırmağa məcbur olmuşdu. Avqust ayında yük gəmiləri üçün gözləmə müddəti 13 günə çatmışdı.

İngiltərə və digər Avropa ölkələri qış aylarında Mərkəzi və Cənubi Amerikadan tez xarab olan məhsullar ixrac edirlər.