09:30 - 13.12.2023
13 dekabr, Fineko/abc.az. Etalon markaların qiymətləri öncəki sessiyanın nəticələrinə görə kəskin enişdən sonra, çərşənbə günü baş tutan hərracda enməyə davam edir.
Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09:25-də $0,13 (0,18%) azalaraq bir barel üçün $73,11-a düşüb. Dekabrın 12-də Brent markalı neftin fevral fyuçersləri $2,79 (3,67%) - bir barel üçün $73,24-a qədər ucuzlaşıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:25-də $0,10 (0,15%) azalaraq bir barel üçün $68,51-a düşüb. Dekabrın 11-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $2,71 (3,80%) azalaraq bir barel üçün $68,61-a düşüb.
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026