Azərbaycanda mağazalar geyim və ayaqqabı satışından 7,5 milyard manat qazanıb

17:27 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 7 milyard 541,8 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 5,4% çoxdur.

Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 14,7% faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.