Nissan səhmlərinin 5%-ni Renault-dan alacaq

15:40 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. Renault SA Alyansdakı Partnyoru Nissan Motor Co-nun səhmlərinin 5%-ni 765 milyon avroya satmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, Renault, əməliyyatdan 1,5 milyard avroya qədər mühasibat itkisini təsbir etməyi güman edir. Bu məbləğ ilin sonunda düzəldilə bilər.

Səhmlərin satışı bu ilin iyul ayında təsdiq edilmiş səhmlərə çarpaz mülkiyyətinin yenidən balanslaşdırılması planı çərçivəsində həyata keçiriləcək. Bu plana əsasən, onlar bir-birlərinin səhmlərinin 15%-nə sahib olacaqlar. Bununla bağlı, Nissan səhmlərinin 43,3%-nə sahib olan Renault, tədricən tərəfdaşına satmaq üçün, 28,4 faizlik kağız paketini Fransız trastına köçürüb.