Ortastatistik rusiyalı yeni il hədiyyələrinə 14,3 min rubl xərcləyəcək

12:12 - 11.12.2023


11 dekabr, Fineko/abc.az. Yeni il hədiyyələri üçün ortastatistik rusiyalının xərcləri 14.300 rubl təşkil edəcək. Keçən il isə bu rəqəm orta hesabla 12.500 rubl təşkil etmişdi. Beləliklə, xərclər 14% artacaq.

ABC.AZ xəbər verir ki, kişilərin tətil büdcəsi qadınlara nisbətən təxminən bir yarım dəfə çoxdur - müvafiq olaraq 16.700 rubl və 11.600 rubl.

Sorğuya əsasən, bir milyon əhalisi olan şəhərlər arasında  yeni il hədiyyələrinə  ən çox Moskvada xərclənəcək - orta hesabla 18.000 rubl.