12:29 - 8.12.2023
8 dekabr, Fineko/abc.az. Yaponiyanın Hakodate şəhərində on minlərlə balıq sahilə atılıb. Ölü balıqların 1 kilometr sahil xəttini əhatə etdiyi bildirilir.
ABC.AZ xəbər verir ki, şəhər sakinləri hadisə barədə polisə məlumat veriblər.
Bu hadisənin səbəbi hələ məlum deyil, araşdırma aparılır.