10:08 - 8.12.2023
8 dekabr, Fineko/abc.az. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Dohaya reys açaraq marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir.
"Azərbaycan Hava Yolları" QSC-dən ABC.AZ-a daxil olan məlumata görə, AZAL-ın Bakı-Doha-Bakı marşrutu üzrə ilk uçuşu dekabrın 10-da həyata keçiriləcək.
Bu istiqamətdə uçuşlar həftədə iki dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.