“Cybertruck”in görünüşü və yüksək qiyməti potensial alıcıları qorxudur

11:20 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. Sorğu göstərdi ki, respondentlərin əksəriyyəti model haqqında təfərrüatları açıqlayan rəsmi debütündən sonra “Tesla”nın yeni Cybertruck elektrik pikapını almayacaq.

ABC.AZ xəbər verir ki, respondentlərin 67%-i yük maşınının qiymətləri və Texniki xüsusiyyətləri açıqlandıqdan sonra “Cybertruck”u alıb-almayacaqları sualına “yox”, 33%-i isə “bəli” cavabını verib.