10:37 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. Dubayda Yaxın Şərqdə ilk dəfə “Efko” Tətbiqi Tədqiqatlar Mərkəzi (TTM) fəaliyyətə başlayıb. Layihəyə 3 milyon dollar sərmayə qoyulub.
ABC.AZ xəbər verir ki, Mərkəz R&D mərkəzi və biotexnologiya laboratoriyasını əhatə edir. Bu, eyni zamanda yeni reseptlərin inkişafına və ətraflı elmi axtarışa imkan verir. Mütəxəssislər bitki əti və süd çeşidini genişləndirə, şəkər alternativlərindən — şirin zülallardan — müxtəlif məhsullarda istifadə potensialını öyrənə biləcəklər.