10:21 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. “Apple” texnologiya şirkəti 2024-cü ilin əvvəlində iPad və MacBook noutbuklarının yenilənmiş xəttini buraxmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, 2024-cü ilin əvvəlində “Apple” yeni iPad Air planşetləri, iPad Pro və MacBook Air noutbukunun yenilənmiş versiyasını təqdim edəcək. Qeyd olunur ki, iPad Air planşeti iki ölçüdə — 10,9 və 12,9 düym diaqonallı ekranlarla buraxılacaq, iPad Pro OLED ekranı ilə təchiz olunacaq və yeni nəsil M3 çipi əsasında işləyəcək.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026