17:17 - 6.12.2023
6 dekabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ixrac üzrə naziri Lord Malkolm Offordla görüşüb.
Nazirlikdən ABC.AZ-a bildirilib ki, nazir ölkələrimiz arasında münasibətlərin inkişafını, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndiyini vurğulayıb. Bildirilib ki, Birləşmiş Krallıqla səmərəli ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir.
Görüşdə Azərbaycanda bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər, region ölkələri ilə “yaşıl” enerji sahəsində əməkdaşlıq təşəbbüsləri barədə məlumat verilib, SOCAR-ın metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürdüyü diqqətə çatdırılıb. İqtisadiyyat Nazirliyi ilə Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatası arasında işçi qrupunun fəaliyyətinin iqtisadi tərəfdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026