17:34 - 29.11.2023
29 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadiqov Naxçıvan şəhərinin baş planının hazırlandığını bildirib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, İ.Sadiqov əlavə edib ki, dövlət proqramının tələbinə uyğun olaraq bu məsələlərdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əsas icraçı olaraq bu funksiyanı yerinə yetirir.
Həmin ərazilərə baxılaraq müsbət nəticələr əldə edilib. Bu ərazilərdə qeyd edilən sosial mənzillərin tikintisi ilə bağlı artıq qərar verilib.
“Digər önəmli məqam yeni səhiyyə ocaqlarının inşası ilə bağlıdır. Hazırkı tələbat və əhalinin artım tempi nəzərə alınmaqla bir neçə innovativ və müasir memarlıq üslubunda yeni səhiyyə ocaqlarının tikintisi planlaşdırılır. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin sifarişi ilə Ailə Sağlamlıq Mərkəzi, Treninq və Simulyasiya Mərkəzinin tikintisi ilə bağlı ümumi konsepsiya layihələri hazırdır. Layihələr məqbul hesab olunub. Onların seçilmiş əraziləri də məqbul hesab edilib”, -İ.Sadiqov qeyd edib.
Komitə sədri vurğulayıb ki, sözügedən işlər təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmır. Muxtar respublikanın turizm əhəmiyyətli Şahbuz və Ordubad şəhərlərinin də baş planı hazırlanır. Xüsusilə, qədim Ordubad şəhəri “bir küçə, bir ölkə” prinsipi ilə qurulacaq və potensial turizm bölgəsinə çevriləcək.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026