Bu ölkədəki "McDonald’s"ların adı dəyişdirildi

14:21 - 23.11.2023


23 noyabr, Fineko/abc.az. Qazaxıstanda keçmiş "McDonald’s" restoranları rebrendinq edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, rebrendinqdən sonra adlar dəyişərək "I`m" olub. Əsas yazının altında isə qeyd edilib: feel-good restaurants  (“ruhunuzu qaldıran restoranlar”).

Rebrendinq Qazaxıstanda "McDonald’s"ı idarə edən Food Solutions KZ tərəfindən elan edilib. Amerika şirkətinin gedişindən sonra şəbəkə restoranlarının adları üçüncü dəfədir ki, dəyişdirilir.

McDonald’s tədarükün azalması fonunda 2023-cü ilin əvvəlində Qazaxıstandan çıxdığını elan edib. Qazaxıstan bunu şirkətin Rusiya biznesinin satışından sonra problemlərinin olması ilə əlaqələndirir. 2023-cü ilin yanvar ayında restoranlarda “Biz açıqıq” lövhələri quraşdırılıb. Avqust ayından etibarən şəbəkə şirkət işçilərinin adları əsasında müxtəlif adlar altında fəaliyyət göstərir.