10:59 - 21.11.2023
21 noyabr, Fineko/abc.az. Azərbaycan 2023-cü ilin ilk 10 ayında Almaniyaya xam neft ixracını 76 faiz artırıb.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Almaniyaya 933.4 min ton həcmində xam neft satılıb.
Bunun statistik dəyəri isə $596.32 milyon təşkil edib.
Almaniyaya satılan xam neftin bir tonu 2022-ci ildə orta hesabla $715.9 olduğu halda, 2023-cü ildə $638.9 olub.