Bu ilin 10 ayında Azərbaycanın ixracı 29 milyard ABŞ dollarını ötüb

14:15 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Bakıda Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Gömrük-Biznes Forumu 2023″ konfransı keçirilb.

ABC.AZ xəbər verir ki, sözügedən konfransda bir sıra məsələlərə toxunulub. İqtisadiyyat nazirinin birinci müavni Elnur Əliyev deyib ki, bu ilin 10 ayında Azərbaycanın ixracı 29 milyard ABŞ dollarını ötüb, ticarət balansının profisiti 15 milyard ABŞ dollarından çox olub.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunun ixracı isə 11%-dən çox artaraq 2.7 milyard ABŞ dollarını ötüb: “Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68%-ə çatıb. Cari ilin 9 ayında sənaye zonalarının qeyri-neft-qaz ixracında payı 23% təşkil edib”.