11:57 - 20.11.2023
20 noyabr, Fineko/abc.az. Son 3 ildə Azərbaycanın ixrac səbətinə 35 adda yeni məhsul daxil olub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2023″də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gömrük sisteminin şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması, xarici ticarətin asanlaşdırılması xarici ticarət iştirakçılarının və büdcə daxilolmalarının artmasına səbəb olub.
“2015-2022-ci illərdə qeyri-neft ixracının həcmi 2.3 dəfə artıb. Eyni zamanda qeyri-neft ixracında çeşidlərin sayında da artım müşahidə olunub. 5 700 çeşidli maldan 1 990-nı ixrac edilib, 1 234-ü isə davamlı ixraca göndərilib. Son 3 ildə qeyri-neft məhsullarının ixracında qeyri-üzvi kimya və plastmas məhsullarının payı artıb” -, deyə Ş.Mövsümov bildirib.
14 Avqust 2026
14 Avqust 2026