10:50 - 20.11.2023
20 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsinin iddiasına görə, 2023-cü ilin doqquz ayı ərzində ölkədə 60,9 min yeni iş yeri açılıb. ABC.AZ xəbər verir ki, yeni açılmış iş yerlərinin 9,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 90,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 26,0 faizi tikinti, 17,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,4 faizi emal sənayesi, 7,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,8 faizi peşə, elmi və texniki fəaliyyət, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,2 faizi təhsil, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi informasiya və rabitə, 8,5 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026