Bakıxanova suyun verilişində məhdudiyyətlər olacaq

14:18 - 16.11.2023


16 noyabr, Fineko/abc.az. Bakıxanov qəsəbəsinə içməli suyun verilişində məhdudlaşdırılacaq.

Bu barədə ABC.AZ-a Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

“Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 16 noyabr tarixində gün ərzində Sabunçu rayonu Bakıxanov qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda qeyd olunur.