Azərbaycan bu ölkədən təbii qaz alışını 2.1 dəfə artırıb

12:31 - 15.11.2023


15 noyabr, Fineko/abc.az. Azərbaycan Türkmənistan təbii qaz alışını illik müqayisədə 2.1 dəfə artırıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Asiya ölkəsindən 2023-cü ilin ilk üç rübü ərzində 1 milyard 281.16 milyon kub-metr həcmində təbii qaz alıb ki, bunun da idxal həcmi $182.8 milyon təşkil edib.

Azərbaycan Türkmənistanla 2021-ci ilin dekabrındakı anlaşmaya görə, İran üzərindən svop qaz alışı ilə bağlı razılaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Türkmənistandan 2022-ci ilin müvafiq dövründə 614.15 milyon kub-metr ($76.86 milyon) təbii qaz idxalını nəzərə alsaq bu illik müqayisədə miqdar baxımdan 109%, dəyər baxımından isə 138% artımdır.

Türkmənistandan alınan təbii qazın hər 1000 kub-metri 2022-ci ildə ortalama $125 alındığı halda, cari ildə bu rəqəm $143-ə yüksəlib.

Cari ilin ilk üç rübü ərzində Azərbaycan  ümumilikdə 2 milyard 96.08 milyon kub-metr ($326.57mln.) təbii qaz idxal edib.

Bunun qalan 800.67 milyon kub-metri ($143.22 mln.) və 14.26 mln. kub-metri ($0.54 mln.) İran İslam Respublikasından alınıb.