Milli Məclisin saxlanması üçün nə az, nə çox 50 milyon 919 min 10 manat vəsait ayrılıb

12:19 - 15.11.2023


15 Noyabr, Fineko/abc.az. 2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulub.

ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri parlamentin iclasında Milli Məclisin işlər müdiri Firudin Hacıyev deyib.

O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir. 

F.Hacıyev əlavə edib ki, 2023-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsaiti hesabına Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobillər alınıb istismara verilib.