10:56 - 15.11.2023
15 noyabr, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ГОСТ 2060:2023 “Latun çubuqlar. Texniki şərtlər” dövlət standartı qəbul edilib.
ABC.AZ Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir ki, bu standart əlvan metallardan hazırlanan çubuqların keyfiyyətinə və təhlükəsizliyinə məcburi tələbləri müəyyənləşdirmək məqsədilə sahə üzrə aidiyyəti mütəxəssislərin rəyləri nəzərə alınaraq işlənib hazırlanıb.
Dövlət standartı hazırlanarkən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026