"Xiaomi 14 Pro” satış rekordu qırdı - 10 günə bu qədər telefon satılıb

17:00 - 13.11.2023


13 noyabr, Fineko/abc.az. "Xiaomi 14 Pro”, satışa çıxarıldığı gündən bu yana böyük uğur qazanaraq rekord satışlar edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki,sözügedən marka Çində ən populyar “Android” telefonu olmağı bacarıb. Belə ki, “Xiaomi” ilk satış günlərində, yəni 31 oktyabr - 10 noyabr tarixləri arasında 1,44 milyon “Xiaomi 14” seriyalı smartfon satmağı bacarıb. Bununla da, “Xiaomi” flaqman telefonları arasında ən çox satılan model olmağa nail olub. Analitiklırin açıqlamasına görə, şirkətin aylıq artımı 8,9 faizə yüksəlib. Qeyd edək ki, Çində “Xiaomi”dən sonra ən yüksək bazar payına malik iki marka “Huawei” və “Honor”dur.

 

Müəllif: Elmir Murad