16:06 - 13.11.2023
13 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 110,2 % təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 %, qeyri-ərzaq məhsulları üzrə 109,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 % təşkil edib.
Oktyabrda isə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 100,4 %, ötən ilin oktyabr ayına nisbətən 103,9 % olub.
Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,8 %, ötən ilin eyni dövrünə nisbətən 103,1 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım düyünün, mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, üzümün, pomidorun, xiyarın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, meyvə şirəsinin, azalma isə əsasən manna və qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, naringinin, limonun, kivinin, almanın, kələmin, balqabağın, şəkər tozunun, qəhvənin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.