10:07 - 13.11.2023
13 noyabr, Fineko/abc.az. Moody’s reytinq agentliyi ABŞ-ın reytinq proqnozunu sabitdən mənfiyə dəyişib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qərar böyük büdcə kəsiri və borc imkanlarının azalması səbəbindən qəbul edilib. Co Bayden administrasiyası proqnoz dəyişikliyi ilə razılaşmır.
“ABŞ Konqresində davam edən siyasi qütbləşmə hökumətlərin borcun ödənilməsini azaltmağı hədəfləyən fiskal planda konsensusa nail ola bilməməsi riskini artırır”, – mesajda deyilir.
Eyni zamanda, agentlik ABŞ-ın uzunmüddətli reytinqini AAA səviyyəsində saxlayıb. O, “pul və makroiqtisadi siyasətlərin effektivliyi” ilə dəstəklənən yüksək “ABŞ-ın institusional və idarəetmə gücünü” qeyd edib.