Onların maaşları 20 faiz artırıldı - Fərman

12:25 - 7.11.2023


7 noyabr, Fineko/abc.az. Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Dövlət Sərhəd Xidmətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında  Prezident İlham Əliyev Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Dövlət Sərhəd Xidmətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Bu fərmanlar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.