14:16 - 4.11.2023
4 Noyabr, Fineko/abc.az. Çinin ən nəhəng avtomobil istehsalçısı olan “Chery” şirkəti süni intellektin köməyi ilə dünyadakı maksimum aerodinamik maşını istehsal etdiyini bildirib.
ABC.AZ xəbər verir ki, hələ adı bəlli olmayan yeni avtomobilin şəkilləri şirkətin “Weibo” sosial şəbəkəsindəki səhifəsində yayılıb. “Chery”, avtomobilin istehsalında və dizaynında sürətli olmasına və üzmə manevrləri etməsinə görə tunes balığından və onun formasından ilhamlandığını bildirib. Lakin bu model hələ konsept səviyyəsindədir və seriya şəklində buraxılıb-buraxılmayacağı məlum deyil.
Avtomobil arxa görünüş güzgüləri əvəzinə alçaq dam, eləcə də, düz təkər tağları və kiçik kameralar olan iki rəngli aerodinamik kuzovla təmin olunub. Kuzovun süni intellektdən istifadə edilməklə modelləşdirildiyi qeyd olunub.
Avqust ayında keçirilən sınaqlarda avtomobil 2005-ci ilin “Daihatsu UFE-III” konseptində olduğu kimi 0.168 müqavimət əmsalı nümayiş etdirib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026