13:43 - 4.11.2023
4 noyabr, Fineko/abc.az. Bayram günlərində Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını nəzərə alaraq 7-12 noyabr tarixlərinə əlavə reyslər təyin edib.
QSC-dan ABC.AZ-a verilən məlumata görə, 7-11 noyabrda Bakıdan 23:55-də yola düşən qatar Ağstafaya 06:23-də çatacaq.
Məlumata görə, 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:29-da çatacaq.
Biletləri ady.az-dan və kassalardan əldə edə bilərsiniz.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026