Xarici ödəniş təşkilatlarının Azərbaycanda fəaliyyəti ilə bağlı müddəalar öz həllini tapıb

12:41 - 4.11.2023


4 noyabr, Fineko/abc.az. Uzun illər bazarda fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatları artıq tənzimləyici çərçivə ilə əhatə olunacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Hüquq departamentinin Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin böyük hüquq məsləhətçisi Günay Mahmudova açıqlama verib.

Onun sözlərinə görə, tezliklə qüvvəyə minəcək “Ödəniş təşkilatları və ödəniş xidmətləri haqqında” Qanunda bununla bağlı müddəalar yer alıb:

“Qanunda həmin təşkilatlara nəzarət olunması və onların lisenziyalaşdırılması nəzərdə tutulub. Eyni zamanda, xarici ödəniş təşkilatlarının ölkə daxilində fəaliyyəti ilə bağlı müddəalar, ödəniş agenti məsələsi də öz həllini tapıb”.