Bu ilin vergi və gömrük ödənişləri 8 milyard 80 milyon manat məbləğində proqnozlaşdırılır

10:34 - 4.11.2023


4 noyabr, Fineko/abc.az. Azərbaycan hökuməti 2023-cü ildə vergi və gömrük ödənişləri üzrə büdcə güzəştlərini 8 milyard 80 milyon manat məbləğində proqnozlaşdırır.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu qiymətləndirmə Hesablama Palatasının 2024-cü il dövlət büdcəsinin layihəsinə dair rəyində öz əksini tapıb.

Hesablama Palatasının məlumatına görə, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğ 2022-ci il üçün 7 milyard 630,8 milyon manat təşkil edib.

“2023-cü il üçün bu məbləğ 8 milyard 80 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 5,9% və ya 449,2 milyon manat çoxdur”, - deyə məlumatda bildirilir.