17:07 - 1.11.2023
1 noyabr, Fineko/abc.az. Keçən həftə Çində “Xiaomi 14” və “Xiaomi 14 Pro”nun təqdimatı olub.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Xiaomi" dünyanın ilk “Snapdragon 8 Gen 3” çipsetindən istifadə edən smartfonlarını təqdim edib.
Bu cihazları oktyabrın 31-də Çin yerli vaxtı ilə səhər saat 8-də almaq mümkün olub. “Xiaomi 14” seriyası alıcılar üçün əlçatan olduqdan qısa müddət sonra şirkət ilk təqdimatdan etibarən olduqca güclü satışlar həyata keçirib.
“Xiaomi 14” seriyası cəmi dörd saat ərzində satılaraq Çin onlayn pərakəndə satış platformalarında “ilk gün və tam günlük satışlar” üzrə əvvəlki ilin rekordunu qırıb.
21 Avqust 2026
19 Avqust 2026