14:47 - 31.10.2023
31 oktyabr, Fineko/abc.az. Cari ilin sentyabr ayının qeyri-neft ixracı 223,89 milyon ABŞ dolları olub.
Bunun da 44,9 milyon ABŞ dollarını yeyinti məhsulları üzrə ixrac, 178,9 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.
ABC.AZ xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında öz əksini tapıb.
Sözügedən sayda qeyd edilib ki, 2023-cü ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (65,9 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (45,3 milyon ABŞ dolları) ikinci və İsveçrə (26,2 milyon ABŞ dolları) üçüncü olub.
2023-cü ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25,7 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (15,4 milyon ABŞ dolları) ikinci və meşə fındığı (10 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac icmalı”nda qeyd edilib ki, 2023-cü ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 18,4 milyon ABŞ dolları olub.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026