14:18 - 31.10.2023
31 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayını təqdim edilib.
ABC.AZ-ın məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 8,4% artaraq 641,2 milyon ABŞ dolları təşkil edib.
Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4% artaraq 145,9 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (330,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,3 milyon ABŞ dolları) ikinci, qızıl (101,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.