09:35 - 30.10.2023
30 oktyabr, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərraclarda neftin etalon markalarının qiyməti aşağı düşür.
Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:32 – dək $1,03 (1,15%) azalaraq bir barel üçün $88,17-a düşüb. Oktyabrın 27 - də keçirilən hərracda Brent markalı neftin yanvar fyuçersləri $2,15 (2,47%) artaraq bir barelə $89,20-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr ayı fyuçerslərinin qiyməti saat 08:32 – ə qədər $1,23 (1,44%) - bir barel üçün $84,31-a düşdü. 27 oktyabr ticarətinin nəticələrinə görə, WTI neftinin dekabr fyuçerslərinin qiyməti $2,33 (2,80%) artaraq bir barel üçün $85,54-a çatdı.
Ötən həftə Brent markalı neft 1,82%, WTI isə 2,88% ucuzlaşıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026