Sahibkarlar Qarabağdakı tenderlərdə aktiv iştiraka dəvət edilirlər

11:16 - 26.10.2023


26 oktyabr, Fineko/abc.az. Azərbaycan sahibkarları işğaldan azad olunmuş ərazilərdə işləmək istəyirlərsə, dövlət satınalmalarında aktiv iştirak etməlidirlər.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov deyib.

"Bu ilin əvvəlində Şuşa, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərdə dövlət satınalmaları ilə əlaqədar mütəmadi olaraq təlimlər keçirilib. Gələn həftədən yeni təlimlərimiz başlayacaq və sahibkarlar həmin təlimlərə dəvət alacaqlar", - deyə Ə.Həsənov qeyd edib.