10:41 - 25.10.2023
25 oktyabr, Fineko/abc.az. “Boeing” ilk elektrikli uçan taksisini istifadəyə verib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, artıq elektrikli uçan taksi ilk uçuşunu da həyata keçirib
Sözügedən taksi qısa məsafələrə daşımalarda istifadə üçün hazırlanıb.
6-cı nəsli hazırlanmış elektrik təyyarəsi 4 nəfəri daşıya bilir və 145 km uçuş məsafəsinə malikdir.
Avtonom uçuş xüsusiyyətlərinə də sahib olan təyyarəni 15 dəqiqəyə doldurmaq olar.
17 Avqust 2026