16:08 - 24.10.2023
24 oktyabr, Fineko/abc.az. “Volkswagen” 2023-cü ilin sonundan Norveçdə daxili yanma avtomobillərinin satışını dayandıracaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkətin bu addımının səbəbi ölkədə yalnız elektrik modelləri satmaq planıdır.
Belə ki, ilin sonundan etibarən “Volkswagen” Norveçdə ancaq elektrikli avtomobil satacaq. Buna səbəb isə ölkədə elektrik avtomobillərinin satışının 80%-i ötməsidir. Trafikdə olan bütün avtomobillərin 20%-i elektrik modelləridir.
Hibridləri də daxil etsək, elektromobil satışları 90%-ə çatır. Norveç hökuməti digər Avropa ölkələrindən xeyli əvvəl 2025-ci ildə daxili yanma ilə işləyən avtomobillərin satışını qadağan etməyi planlaşdırır.
18 Avqust 2026
17 Avqust 2026