09:40 - 24.10.2023
24 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti bir gün əvvəl düşdükdən sonra çərşənbə axşamı keçirilən hərracda yüksəlir.
Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 09:34 – ə qədər Londonun ICE Futures birjasında $0,26 (0,29%) artaraq bir barel üçün $90,09-a çatıb. Oktyabrın 23 - də keçirilən ticarətin nəticələrinə görə Brent markalı neftin dekabr fyuçersləri $2,33 (2,53%) ucuzlaşaraq bir barel üçün $89,83-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 09:34 – ə qədər $0,23 (0,27%) artaraq bir barel üçün $85,72-a çatdı. Oktyabrın 23 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçerslərinin qiyməti $2,59 (2,94%) azalaraq bir barel üçün $85,49-a düşüb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026