İran və Ermənistan daha bir məsələdə anlaşdı

15:51 - 23.10.2023


23 oktyabr, Fineko/abc.az. Tehran və İrəvan Araz çayı üzərində daha bir sərhəd körpü tikməyi planlaşdırır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, yeni körpünün inşası üçün artıq işçi qrupu formalaşdırılacaq. 

Bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş danışıb və bildirib ki, hazırkı körpünün nəzarət-buraxılış qabiliyyəti artan yükdaşımalara uyğun gəlmir.

“İkinci körpünün inşası isə ikitərəfli iqtisadi münasibətləri stimullaşdıracaq”, – iranlı nazir vurğulayıb.