Azərbaycana qonşu ölən ölkələr rüsumları ləğv edir

11:14 - 23.10.2023


23 oktyabr, Fineko/abc.az. Rusiya və İran iki ölkədən idxal olunan mallar üçün rüsumları aradan qaldırmağa razılaşıblar.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran-Rusiya Birgə Ticarət Palatasının üzvü Kambiz Merkazemi bildirib.

Məlumata görə, sözügedən ölkələr 2024-cü ilin mart ayına qədər rüsumları ləğv edəcəklər. “İran və Avrasiya ölkələri arasında münasibətlərin kommersiya inkişafı ilə əlaqədar olaraq, operatorların gömrük, tariflər və rəqabətli bazar sahəsində problemləri ilin sonuna kimi həll olunacaq”, – deyə bildirilib.

O, belə problemlərin həllinin milli valyutalarda hesablaşmalar, həmçinin azad ticarət və İranın Rusiya, Ermənistan və Belarusla gömrük sərhədlərinin açılması olduğunu izah edib.