"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

17:12 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC sərnişindaşıma fəaliyyətində müştəri məmnunluğunun təmin edilməsi məqsədilə daha bir innovativ addım olan “ADY Mobile” tətbiqini istifadəyə verib.

ABC.AZ quruma istinadən xəbər verir ki, “ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi daha rahat olacaq.