15:25 - 20.10.2023
20 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərli qayda pozuntusuna yol verdiyi üçün barəsində protokol tərtib olunan əksər piyadaların cərimələri ödəməkdən yayındığını və onların barəsində bir sıra məhdudiyyətlərin olacağını bildirib.
ABC.AZ xəbər verir ki, A.Əsgərli cərimələrini ödəməyən piyadaların gələcəkdə problemlərlə üzləşəcəyini vurğulayıb:
“ Misal üçün ölkədən çıxış, yaxud hansısa proses keçirərkən yaranmış öhdəliklərinə əsasən müəyyən məhdudiyyətlərlə qarşılaşacaqlar. Belə ki, sözügedən pozuntular üzrə cəriməsi olan vətəndaşlardan xahiş edirik ki, cərimələrini vaxtında ödəsinlər. ”.
Qurum rəsmisinin sözlərinə görə, cərimələri ödəməkdən boyun qaçıran piyadalarla bağlı məcburi tədbirlər görülməsi üçün icra və probasiya şöbələrinə məlumatlar göndərilir:
“İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verir. Ödəməsə artıq məcburi icra tədbirləri görülür. Cərimələrin ödənməsi vətəndaşın pensiya, əmək haqqı və digər formada bank kartına yönləndirilir”.
17 Avqust 2026
18 Avqust 2026