13:57 - 20.10.2023
20 oktyabr, Fineko/abc.az. Yaxın günlərdə regionun ən böyük günəş elektrik stansiyası istismara veriləcək. 230 MVt gücündə “Qaradağ” GES ölkəmizdə 225 milyon dollar məbləğində xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır.
ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Energetiklər Günü” münasibətilə rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirilib.
Məqalədə qeyd olunub ki, bu stansiya sayəsində enerji balansımıza ildə 500 mln. kVt·saat yaşıl enerji daxil olacaq.
“Həmçinin “Masdar” ilə quruda 1 QVt gücündə günəş və 1 QVt gücündə külək, dənizdə isə ilkin olaraq 2 QVt, növbəti mərhələdə 4 QVt gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqavilələrinə uyğun olaraq torpaq sahələri və dənizdə potensial ərazilər müəyyənləşdirilir”, – nazir qeyd edib.
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026