“Abşeron” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb

11:31 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az.  Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağı istismara veriləndən indiyədək 453 mln. kubmetr qaz hasil edilib.

ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Energetiklər Günü” münasibətilə rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilib. Məqalədə qeyd olunub ki, yataqdan indəyədək 171 min ton qaz kondensatı çıxarılıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib. Onu da əlavə etmək lazımdır ki, yataqda illik hasilatın 1.5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək artırmaq planlaşdırılır.