Deputat Banklara depozit qoyarkən vətəndaşları bu amillərə fikir verməyə çağırdı 

17:13 - 19.10.2023


19 oktyabr Fineko/abc.az Xəbər verdiyimiz kimi, "Muğan Bank"ın bağlanması ilə bağlı deputat Vüqar Bayramov öz fikirlərini bölüşüb.

ABC.AZ xəbər verir ki, deputat Mərkəzi Bankın açıqlamasını xatırladıq.

Qeyd edib ki, Mərkəzi Bankın açıqlamasında bankın ümumi kredit portfelinin həcmi açıqlanmayıb.

"Bununla yanaşı, baş bank bildirib ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Mərkəz Bank elan edib ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bununla yanaşı, üçüncü rübün yekunlarına əsasən, Muğan Bankda depozitlərin həcmi 322 milyon 478 min manat olub. Əgər son 18 gün ərzində əmanət portfelində dəyişiklik baş verməyibsə o zaman "Muğan Bank"ın 105 milyon 778 min manat sığortalanmamış əmanəti olub. "Muğan Bank"ın müflis olması bir daha göstərir ki, vətəndaşlarımız əmanət yerləşdirən zaman həm bankın maliyyə göstəricilərinə, həm də hesabatlığına xüsusi diqqət yetirməlidirlər. Mövcud qaydalara əsasən, məbləği 100 min manatdan çox olmayan manatla 12, xarici valyuta ilə 2.5 faizədək divident ödənilən əmanətlər sığortalanır. Bu baxımdan, əmanətləri sığortalanan paket çərçivəsində banklarda yerləşdirməklə risklərdən qoruna bilərsiniz" -deyə, deputat vurğulayıb.