Hindistan Azərbaycandan xam neft idxalını azaldıb

16:05 - 19.10.2023


19 oktyabr, Fineko/abc.az.  Hindistan Azərbaycandan xam neft idxalını azaldıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin ilk üç ayı ərzində Azərbaycan Hindistana 1 milyon 249.25 min ton həcmində xam neft satıb.

Bu da 2022-ci ilin analoji dövründən 25% azdır.

İxrac edilən xam neftin dəyəri 739.04 milyon ABŞ dolları təşkil edib.