Rosneft-dən Çinə göndərilən neftlə bağlı açıqlama

15:33 - 19.10.2023


19 oktyabr, Fineko/abc.az.   2023-cü ilin əvvəlindən Rusiyanın Çinə neft nəqlinin ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 75 milyon tonu keçib.

ABC.AZ xəbər verir ki, bu Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in prezidenti İqor Seçin açıqlama verib. 

Rusiyanın Yaxın Şərqdəki inkişaflar kontekstində Çinə təhlükəsiz şəkildə neft tədarük etdiyini açıqlayan Seçin, "Neft Şərqi Sibir-Sakit Okean boru kəməri ilə daşınır. Bunun səbəbi Yaxın Şərqdə, Boğazdan keçən geosiyasi qeyri-sabitliyin artması olduğunu qeyd edib.

Seçin, Rusiyanın bu ilin 8-ci ayı etibarilə Səudiyyə Ərəbistanını qabaqlayaraq Çinə ən çox neft göndərən ölkə olduğunu vurğuladı.
Rusiyanın Çinə neft nəqli əvvəlki illə müqayisədə 28 faiz artaraq 2022-ci ildə 89 milyon tona çatıb.