Azərbaycanda bu yanacaqların satışından əldə olunan gəlirlər 6,7 faiz artıb

11:55 - 19.10.2023


19 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 218,5 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,7 faiz artıb. 

Keçən ilin yanvar-sentyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 12,7 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,4 faiz gəlir əldə edilib.